23 avqust 2019, 13:30
Habil Talıbovdan, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident.
Lerik rayonunun 5 yaşayış məntəqəsini birləşdirən Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolunun asfaltlanması kənd sakinlərinin böyük sevincinə səbəb oldu. Hazırda kənd əhalisi bu yoldan rahatlıqla istifadə edir. Bu rahat avtomobil yolu kənd sakinlərinin sosial rifah halının daha da yaxşılaşmasına səbəb olacaqdır.
Biz - Şinəband kənd ümumi orta məktəbin kollektivi bundan fərəh hissi duyur, kəndlərimizdə aparılan quruculuq və abadlıq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Talıbov Habil Yüzbaşı oğlu.
Azərbaycan Respublikası, Lerik rayonu, Şinəband kəndi.