Qorxmaz Məmmədzadədən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin və Mehriban xanım Əliyevanın iştirakı ilə Pirallahı rayonunda açılan Gənclər Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən muzey, kitabxana, elektron oxu zalı, rəsm və digər dərnəklər bizə bacarığımızı nümayiş etdirməyə geniş imkan yaradır. Əminik ki, Sizin dəstəyinizlə mərkəzdə fəaliyyət göstərən roboparkda biz ölkəmizin inkişafına xidmət edən ixtiralara imza atacağıq.
Cənab Prezident, yaratdığınız bu şəraitə görə Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Azərbaycan gəncliyinin inkişafına xidmət edən siyasətinizin davamlı olmasını diləyirəm. Biz gənclər həmişə Sizinləyik.
Hörmətlə,
Məmmədzadə Qorxmaz Şakir oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.