22 avqust 2019, 11:30

Sərraf Səfərov və Rəzzaq Qasımovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin xüsusi diqqətiniz, ardıcıl və məqsədyönlü fəaliyyətiniz sayəsində respublikamız gündən-günə inkişaf edir, o cümlədən regionlarda quruculuq və abadlıq işləri aparılır. Yaşadığımız Masallı rayonunda da bu işlər göz önündədir. Ucqar kəndlərin qazlaşdırılması və həmin kəndlərə asfalt yolun çəkilməsi, bir çox kəndlərin içməli su təchizatının yaxşılaşdırılması Sizin rayonumuza göstərdiyiniz böyük qayğının nəticələridir.

Həmçinin qeyd etmək istəyirik ki, cari ildə əməkhaqlarının və təqaüdlərin artırılması insanların maddi rifahını yaxşılaşdırıb, onlara xoş ovqat bəxş edib.

Cənab Prezident, görülən bu işlərə, göstərilən diqqət və qayğıya görə şəxsən öz adımızdan, kəndimizin əhalisinin və qonşu kəndlərin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Siz bizim ümid və güvən yerimizsiniz. Allah Sizi pənahında saxlasın.

Hörmətlə,

Səfərov Sərraf Şuli oğlu

Qasımov Rəzzaq Xamməd oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Xanalıyan kəndi.