Akif Alışanov və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz seçkiqabağı çıxışlarınızda və görüşlərinizdə hər bir azərbaycanlının Prezidenti olacağınızı demişdiniz. Bu il imzaladığınız sosialyönümlü sərəncamlar xalqımızın sosial rifahının yaxşılaşdırılmasının Sizin fəaliyyətinizin əsas istiqaməti olduğunun növbəti sübutudur.
Bununla əlaqədar biz sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Sizin sahibkarlara göstərdiyiniz diqqət və qayğı bizi daha da ruhlandırır və fəaliyyətimizi genişləndirməyə böyük imkanlar yaradır. Sizi əmin edirik ki, biz sahibkarlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəmizi verəcəyik.
Cənab Prezident, yaratdığınız bu gözəl şəraitə görə Pirallahı rayonunun sahibkarları adından Sizə minnətdarlığımızı bildirir, xalqımızın xoş və firavan gələcəyinə yönəlmiş uğurlu siyasətinizin davamlı olmasını diləyirik. Tanrı Sizi qorusun.
Hörmətlə,
Alışanov Akif Vəli oğlu
Ələkbərov Nadir Kamal oğlu
Məmmədov Güləhməd Xanəli oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.