Fazil Məhəmmədov və başqalarından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin Pirallahı rayonuna hər gəlişiniz biz yaşlı nəslin nümayəndələrinin hədsiz sevincinə səbəb olur. Yeni salınan “Mirvari” parkında boş vaxtımızı səmərəli keçirmək üçün hər cür şərait yaradılıb. Günün istənilən vaxtı, xüsusilə də axşamlar sakinlər kütləvi şəkildə burada dincəlirlər. Bu parkda kimsəsiz və imkansız ahıllara ödənişsiz xidmətin göstərilməsi bizə bəslənən diqqət və qayğının bariz nümunəsidir.
Bu qayğıya görə rayon ağsaqqalları adından Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə və Mehriban xanıma möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı yolunda işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Məhəmmədov Fazil Camo oğlu
Hüseynov Yaqub Əli oğlu
Əhmədov Səməd Baxış oğlu
Qaracayev Qaraca Kərim oğlu
Mansurov Mansur Kərim oğlu
Əmiri Şüküfə Məhərrəm qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.