14 avqust 2019, 16:25

Elnur Mirzəyev və başqalarından, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin diqqət və qayğınız sayəsində müstəqil respublikamızın şəhərləri, qəsəbə və kəndləri gözəlləşir, müasirləşir.

Lerik rayonu da bu diqqət və qayğıdan kənarda qalmayıb. İllərlə arzusunda olduğumuz Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolunun yenidən qurulması və əsaslı tikintisi Sizin rayonumuza və kənd sakinlərimizə göstərdiyiniz qayğının və dəyərin nəticəsidir. Əvvəllər yolun qəzalı olmasından əziyyət çəkən və saatlarla vaxt itirən sürücülər artıq rahat şəkildə həmin yoldan istifadə edirlər.

Bütün bunlara görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Allah Sizi qorusun. Yollarınız daim açıq olsun.

Hörmətlə,

Mirzəyev Elnur,

Babayev Səxavət,

Mərdiyev Ziyad,

Rzayev Valeh.

Azərbaycan Respublikası, Lerik rayonu, Naravud kəndi.