Sürayə Rzayevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin Sərəncamınızla yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nardaran qəsəbəsində yerləşən filialı uğurla fəaliyyət göstərir. Filial binası müasir tələblərə cavab verir, burada işçilərin çalışması üçün gözəl şərait yaradılıb. Hazırda müəssisəmizdə 70 nəfərə yaxın toxucu və inzibati işçi çalışır.
Filialımızın nəzdindəki xalçaçılıq üzrə tədris-hazırlıq kurslarına müraciət edən gənclərin sayı gündən-günə artır. Kursun məzunları filialımızda daimi işlə təmin olunurlar. Biz qədim Bakı çeşniləri əsasında bir-birindən gözəl xalçalar toxuyur, ömrünü bu sənətə həsr etmiş nardaranlı ustad xalçaçıların təcrübəsindən bəhrələnirik.
Bizim üçün belə gözəl və sağlam iş şəraiti yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk, cənab Prezident! Sizin respublikamızın müxtəlif rayonlarında xalçaçılarla görüşlərinizi, “Azərxalça” ASC-nin fıliallarının açılışlarında iştirakınızı böyük qürur və sevinc hissi ilə izləyirik.
Müəssisəmizin Sizi və dövlətini sevən, yaradılan şəraiti yüksək qiymətləndirən, həvəslə çalışan kollektivi adından yorulmaz fəaliyyətinizə görə Sizə təşəkkürümüzü bildirir və yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Rzayeva Sürayə Əbdül qızı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli xalçaçı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi.