Ruslan Abbaszadədən, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin yorulmaz fəaliyyətiniz nəticəsində ölkəmiz sürətlə inkişaf edir, bütün sahələrdə aparılan islahatlar qəlbimizi fərəh və qürur hissi ilə doldurur. Ölkə vətəndaşlarının güzəranını, maddi rifah halını yaxşılaşdırmaq məqsədilə imzaladığınız sərəncamlar öz bəhrəsini verir. Sizin güclü sosial siyasətinizin başlıca hədəfinin əhalinin rifahının yaxşılaşdırılması olduğunu, bu siyasətin əsasında vətəndaş amilinin, sosial ədalət və humanizm prinsiplərinin dayandığını görürük.
Aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi, onlara öz təsərrüfatlarını qurmaq üçün mal-qara verilməsi bu sahəyə göstərilən diqqətin bariz nümunələridir.
Cənab Prezident, bu qayğınıza görə Sizə minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Abbaszadə Ruslan Xəyyam oğlu, Aprel döyüşlərinin iştirakçısı.
Azərbaycan Respublikası, Tərtər rayonu, Qaradağlı kəndi.