Oruc Qurbanov və başqalarından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Sizin tərəfinizdən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkə həyatının bütün sahələrində böyük nailiyyətlər qazanılır, Vətənimizin iqtisadi qüdrəti daha da artır. Məqsədyönlü və ardıcıl siyasətiniz nəticəsində Gəncənin də sosial-iqtisadi həyatında inkişaf müşahidə olunur.
Hacıkənd qəsəbəsində aparılan abadlıq işləri bir çox problemlərin aradan qaldırılmasına, əhalinin daha rahat yaşamasına xidmət edir. Qəsəbənin küçələrində işıqlandırma sisteminin yenidən qurulması buna bariz nümunədir.
Görülən işlərə görə qəsəbə sakinləri adından Sizə minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.
Allah Sizi qorusun.
Hörmətlə,
Qurbanov Oruc Qəmbər oğlu
Hüseynov Müsəllim Məhəmməd oğlu
Qurbanova Tahirə Nəsib qızı
Hüseynova Gülüstan Məhər qızı
Çobanova Firuzə Əli qızı.
Azərbaycan Respublikası, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi.