14 avqust 2019, 17:20

Zülfü İsmayılov və başqalarından, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycan Respublikasının inkişafı üçün göstərdiyiniz xidmətlər xalqımız tərəfindən böyük sevgi ilə qarşılanır. Bütün sahələr üzrə həyata keçirilən islahatların nəticəsi olaraq ölkə əhalisinin uğurlu gələcəyə inamı gündən-günə artmaqdadır.

Cənab Prezident, ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi çərçivəsində bizim yaşadığımız Ərəb, Kükəl və Hüsün kəndlərinə də avtomobil yolunun çəkilişinə başlanılmışdır.

Son illər kəndlərimizdə nəzərəçarpacaq inkişaf hiss olunur. Kənd sakinlərinin dövlətimizə və şəxsən Sizə olan məhəbbəti tükənməzdir.

Ölkəmizin, xüsusən də regionların inkişafındakı səylərinizə görə Sizə dərin minnətdarlığımızı bildirməklə yanaşı, cansağlığı, uzun ömür, bu çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Ərəb, Kükəl və Hüsün kənd sakinləri adından hörmətlə,

İsmayılov Zülfü Bəhlul oğlu,

Rəsulov Ədalət Mehman oğlu,

Hətəmov Mikayıl Həşim oğlu,

Ömərov Hümmət Mürvət oğlu,

Məhərrəmov Sadiq Zakir oğlu.

Azərbaycan Respublikası, Ağdaş rayonu.-