Yaşar Kərəmovdan, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezidentimiz.
Ölkəmizin hər bir vətəndaşı bugünkü Azərbaycanla haqlı olaraq fəxr edir. Ölkəmiz dünyada sabitik və təhlükəsizlik məkanı kimi tanınır. Azərbaycan xalqı isə rahat yaşayır, qurur və yaradır.
Siz xalqa ləyaqətlə xidmət göstərir, bütün məmurlardan daim xalq üçün çalışmalarını tələb edir, əsas vəzifələrinin vətəndaşlara xidmət olduğunu yaddan çıxarmamalarını tapşırırsınız. Çıxışlarınızın birində dediyiniz “Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” sözləriniz qəlbimizi qürur hissi ilə doldurur. Hər bir Azərbaycan vətəndaşı bilir ki, Siz xalqın dayağısınız, işinizin gərgin anlarında da insanlarla ünsiyyətdə olmaq, onları dinləmək, problemlərini həll etmək üçün daim vaxt tapırsınız.
Azərbaycan xalqı Sizin həyata keçirdiyiniz müdrik daxili və xarici siyasətinizi dəstəkləyir və müdafiə edir. Ölkəmizdəki sabitlik və dayanıqlı inkişaf Sizin Heydər Əliyev siyasi kursuna sədaqətinizin və zəhmətinizin nəticəsidir.
Hörmətli cənab Prezident, biz bütün sahələrdə vətəndaşlara olan qayğı və diqqətin, problemlərə həssas münasibətin şahidi oluruq. Ölkəmizdəki əmin-amanlığa, yüksək şəraitə görə Sizə ailəmin və ünsiyyətdə olduğum insanların adından dərin minnətdarlığımı bildirirəm. Biz bilirik ki, əhalinin və dövlətimizin təhlükəsizliyi əmin əllərdədir.
Allah çətin, şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə kömək olsun.
Hörmətlə,
Kərəmov Yaşar Cahangir oğlu.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi.