Əlihüseyn Əliyevdən, Xızı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Şanlı və şərəfli keçmişi olan ölkəmizin bugünkü inkişafı bir vətəndaş kimi məni çox sevindirir. Bu uğurların əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün Sizin zəhmətiniz sayəsində ləyaqətlə davam etdirilir. Sizin daxili və xarici siyasətiniz ölkəmizə daimi inkişaf, əmin-amanlıq bəxş edib.
Sizin ölkəmizin hər bir rayonuna son dərəcə diqqət və qayğı ilə yanaşmağınız böyük Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz kimi istedadlı şəxsiyyətlərin doğulduğu qədim Xızı torpağından da yan keçməyib. Sizin Xızı rayonuna səfərləriniz buna əyani sübutdur.
“Xızı rayonunun Giləzi-Xızı-Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 22 fevral tarixli Sərəncamınız Xızı rayonunun ən qədim kəndlərindən biri olan Tıxlının sakinlərinin hədsiz sevincinə səbəb olub. Artıq bizim kəndin yolu yüksək keyfiyyətlə təmir olunur və asfaltlanır. Yol yaxın müddətdə yerli əhalinin istifadəsinə veriləcəkdir.
Cənab Prezident, bizə bəxş etdiyiniz bu rahatlığa görə Tıxlı kəndinin 800-dən çox sakini adından Sizə sonsuz təşəkkürlərimizi bildirir, vətənimiz Azərbaycanın daha da inkişafı yolunda Sizə və ailənizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Bir vətəndaş olaraq hər zaman Sizin yanınızdayıq.
Hörmətlə,
Əliyev Əlihüseyn Fətulla oğlu.
Azərbaycan Respublikası, Xızı rayonu, Tıxlı kəndi.