Əmiraslan Bəşirovdan, Yevlax, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin müvafiq Sərəncamınızla 2014-cü ildə “Əməkdar müəllim”, 2015-ci ildə isə “Ən yaxşı müəllim” fəxri adlarına layiq görülmüşəm.
2019-cu il mayın 27-də imzaladığınız Sərəncamınızla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmağımı da dərin minnətdarlıq hissi ilə qəbul etdim.
Pedaqoji və ictimai fəaliyyətimə verdiyiniz dəyərə, diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.
Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm ideyalarını uğurla davam etdirdiyinizə, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə gördüyünüz diqqətəlayiq işlərə görə Sizə minnətdarlığımı bildirirəm.
Sizi əmin edirəm ki, bundan sonra da təhsilimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda qüvvə və bacarığımı əsirgəməyəcəyəm.
Dərin Hörmətlə,
Bəşirov Əmiraslan Xəlil oğlu, tarix müəllimi.
Azərbaycan Respublikası, Yevlax şəhəri.