26 iyul 2019, 16:40

Şahbaz Muradov və başqalarından, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan dinamik inkişaf edir. Ölkəmizin hər yerində olduğu kimi, Gədəbəydə də abadlıq-quruculuq işləri aparılır. İmzaladığınız fərman və sərəncamlar xalqın güzəranını yaxşılaşdırır, kəndlərimiz çiçəklənir.

Rayonumuz aparılan abadlıq işləri nəticəsində günü-gündən gözəlləşir. Şəhərimizdə yol kənarları işiqlanma sistemi ilə təmin olunub, yeni ağaclar əkilib, böyük ərazilərdə yaşıllaşdırma işləri aparılıb. Kəndarası yolların təmiri və genişləndirilməsi kəndlilərə qısa zaman içində öz məhsullarını şəhərə çatdırmaq imkanı verir.

Cənab Prezident.

Xalqın qayğısına qaldığınıza, kəndlərimizi inkişaf etdirdiyinizə görə hamılıqla Sizə çox sağ ol deyir, minnətdarlığımızı bildiririk. Var olun. Allah Sizi qorusun.

Hörmətlə,

Muradov Şahbaz,

Hüseynova Şərqiyyə,

Ələkbərova Şəfiqə,

Alıyev Rafiq,

Quliyev Şahin və başqaları (50 nəfər)

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi.