24 iyul 2019, 12:10

İsa Abdullayev və başqalarından, Zərdab, Azərbaycan

Möhtərəm cənab Prezident.

Əhalinin sosial problemlərinin həlli istiqamətində gördüyünüz böyük işlər hər bir vətəndaşın ürəyincədir.

Sizin diqqət və qayğınız sayəsində respublikanın hər bir bölgəsi inkişaf edir, müasir şəhərlər və kəndlər göz oxşayır.

Cənab Prezident, ayırdığınız vəsaitlər hesabına rayonumuzda da geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, əhali üçün gözəl şərait yaradılır. Yaşadığımız kəndin yolları təmir olunmuş, eləcə də kəndimizə qaz, içməli su xətləri çəkilmiş, yeni məktəb binası tikilmiş, uşaq bağçalarımız təmir edilmiş, elektrik təsərrüfatı yenidən qurulmuşdur. Eyni zamanda, Sizin imzaladığınız sərəncamla 6 yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi aparılır.

Həyata keçirdiyiniz bütün bu işlərə görə kəndimizin sakinləri adından Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi və Mehriban xanımı qorusun.

Abdullayev İsa,

Hüseynov Hüseyn,

Məmmədov Kərim,

Məmmədov Tehran,

Gülmalıyev Eldəniz və başqaları (cəmi 75 nəfər).

Azərbaycan Respublikası, Zərdab rayonu, İsaxbağı kəndi.