08 iyul 2019, 17:50

Raisa Ələsgərovadan, Şəmkir, Azərbaycan

Çox hörmətli cənab Prezidentimiz.

Bir neçə il əvvəl götürdüyüm krediti ölkəmizdə baş verən məlum devalvasiyalar nəticəsində dolların bahalaşmasından sonra ödəməkdə çətinlik çəkirdim. Bu yükün altından çıxmaq üçün qiymətli əşyalarımı da satmışdım. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanınız minlərlə Azərbaycan vətəndaşı kimi, bizim ailəyə də böyük sevinc bəxş etdi. Bu Fərmanınıza əsasən bizə düşən kompensasiyanı artıq almışıq.

Cənab Prezident, ailəmizi sevindirdiyinizə görə Sizə sonsuz məhəbbətlə təşəkkürümüzü bildiririk. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Ələsgərova Raisa Sergeyevna.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Düyərli kəndi.