Xatirə İmaməliyevadan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən yaşa görə pensiya alıram. Pensiyaların məbləğinin artırılmasına görə Sizə təşəkkür məktubu yazmağı özümə borc bildim.
Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər mənim və mənim kimi digər aztəminatlı insanların yaşam səviyyəsinə öz müsbət təsirini göstərir. Çox sevinirəm ki, Azərbaycan xalqına bu qədər can yandıran mərhəmətli, qayğıkeş Prezidentimiz var.
Hörmətli cənab Prezident, sosial məsələlərə böyük diqqət ayırdığınıza görə Sizə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Xalqımıza göstərdiyiniz dəstək hər zaman yüksək qiymətləndirilir. Ulu Tanrı Sizi Azərbaycan xalqının başı üzərindən əksik etməsin. Siz bizim qürurumuz, fəxrimizsiniz.
Hörmətlə,
İmaməliyeva Xatirə Sarı qızı.
Azərbaycan Respublikası, Göygöl rayonu.