Əli Ədili və başqalarından, Mingəçevir, Azərbaycan
Hörmətli Prezidentimiz.
Ulu öndər Heydər Əliyevin bilavasitə təşkilatçılığı və qayğısı ilə qurulan “Energetiklər qəsəbəsi”nin sakinləri olaraq Sizə təşəkkür edir və minnətdarlığımızı bildiririk.
Sizin rəhbərliyiniz ilə həyata keçirilən Dövlət Proqramları bütün regionlarda olduğu kimi, Mingəçevir şəhərində də böyük inkişafa səbəb olmuş, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, yeni park və mərkəzlərin salınması, o cümlədən müasir standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin yenidən qurulması, əsaslı təmir olunması müvəffəqiyyətlə davam etdirilir. Bu işlər bizim qəsəbədən də yan keçməmişdir.
Minimum əməkhaqqının, habelə bir sıra sahələrdə çalışan insanların əməkhaqqılarının artırılması barədə bir neçə gün öncə imzaladığınız sərəncamlar hər birimizin ürəyincədir. Bütün bunlara görə biz Sizə bir daha təşəkkür edir və minnətdarlığımızı bildiririk.
Ümumiyyətlə, ölkəmizin bu günü və gələcəyi üçün apardığınız xarici və daxili siyasətinizi dəstəkləyir və bəyənirik. Bu doğru yolda Sizinləyik.
Ən xoş arzularla,
Ədili Əli,
Məmmədova Afət,
Əzizova Almaz,
Xəlilova Arzu,
Cəfərov Nüsrət,
Sadıqov Cəfər,
Əliyev Allahverən.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.