05 iyul 2019, 15:15
Leyla Baxşıyevadan, Bakı, Azərbaycan
Hörmətli Prezidentimiz.
Belarusun paytaxtı Minskdə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycanı təmsil edən idmançıların qazandığı uğurlar bizi qəlbən sevindirir. Bu möhtəşəm qələbələr münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və Sizə dərin minnətdarlığımızı bildiririk. Çünki bu qələbələr Sizin idmana olan böyük qayğınız və dəstəyiniz sayəsində əldə edilmişdir.
Cənab Prezident, bizim hər birimiz Sizinlə qürur duyur, Sizin fəaliyyətinizi dəstəkləyirik. Əminik ki, ölkəmizin idman sahəsində qazandığı uğurlar bundan sonra da davam edəcək, idmançılarımız bizə yeni-yeni qələbə sevincləri yaşadacaqlar.
Hörmətlə,
Baxşıyeva Leyla Qabil qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.