04 iyul 2019, 19:00

Şəlalə Qasımlı və başqalarından, Cəbrayıl, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasət nəticəsində son illərdə ölkəmiz bir çox uğurlara imza atıb. Bunun nəticəsi olaraq cari ildə minimum əməkhaqqı məbləğinin bir neçə dəfə nəzərəçarpacaq dərəcədə artırılması ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlib, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artıb. Qazanılan uğurlar dövlətin təhsil siyasətinin davamlı inkişafına göstərilən diqqət və qayğının təzahürüdür.

Cənab Prezident, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamınızla müəllimlərin əməkhaqqı 20 faiz artırılıb. Bu Sərəncam Sizin müəllimlərə, eyni zamanda, təhsilə göstərdiyiniz böyük diqqət və qayğının bariz nümunəsidir.

Bu qayğıya görə Cəbrayıl rayonu akademik Mehdi Mehdizadə adına tam orta məktəbin kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq. Sizi əmin edirik ki, hər bir müəllim ölkəmizin inkişafı və qüdrətli dövlətə çevrilməsi yolunda gördüyünüz bütün işlərdə daim yanınızda olacaqdır.

Dərin hörmətlə,

Qasımlı Şəlalə Qasım qızı

Məmmədov Rasim Mikayıl oğlu

Bayramov Xanlar Cümşüd oğlu

Allahverdiyeva Elmira Bəbir qızı

Məmmədova Sara Balış qızı və başqaları (cəmi 10 nəfər).

Azərbaycan Respublikası, Cəbrayıl rayonu.