Elşən Qasımovdan, Lənkəran, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin və Azərbaycanın beynəlxalq arenada gündən-günə artan nüfuzu xalqımızın həm sevindirir, həm də qürurlandırır.
Cənub bölgəsi həmişə Sizin diqqətinizin mərkəzindədir. Sizin Lənkərana səfərləriniz, infrastruktur layihələrinin icrası ilə bağlı göstərişləriniz bizlərə göstərdiyiniz qayğı və diqqətin bariz nümunələridir.
Beş yaşayış məntəqəsini birləşdirən Hirkan-Mamusta-Siyavar avtomobil yolu Sizin Sərəncamınıza əsasən əsaslı təmir olunub, yol qırağında səkilər salınıb. Bu işlər həmin kəndlərdə yaşayan sakinlərin qonşu kəndlərə və rayon mərkəzinə gediş-gəlişini asanlaşdırıb.
Göstərdiyiniz bu qayğıya görə qəsəbə sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir və işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Qasımov Elşən Səhhət oğlu.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Hirkan qəsəbəsi.