03 iyul 2019, 17:45

Elvin Hüseynovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin qətiyyətli siyasətiniz Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, demokratikləşən ölkəsinə çevirdi. Ölkəmizin bugünkü inkişaf səviyyəsi, insanlarımızın rifahının gündən-günə artması bunun bariz nümunəsidir.

Cənab Prezident, Sizin bütün sahələrə olduğu kimi, idman sahəsinə göstərdiyiniz böyük diqqət və qayğı, yeni Olimpiya komplekslərinin, idman qurğularının tikilib istifadəyə verilməsi, böyük idman yarışlarının Azərbaycanda keçirilməsi Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtmışdır. Belarusun paytaxtı Minsk şəhərində keçirilən İkinci Avropa Oyunlarında idmançılarımızın 5 qızıl, 10 gümüş, 13 bürünc, ümumilikdə 28 medal əldə etməsi, bir çox inkişaf etmiş Avropa ölkələrini geridə qoyaraq 10-cu pillədə qərarlaşması Sizin idman və idmançılara göstərdiyiniz diqqət və qayğının nəticəsidir.

Cənab Prezident, bu münasibətlə Sizi təbrik edir, dərin minnətdarlığımızı bildiririk. Əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycan gəncliyi, idmançılarımız bundan sonra daha böyük zirvələr fəth edəcəklər.

Dərin hörmətlə,

Hüseynov Elvin Cahangir oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.