02 iyul 2019, 17:30

Mahir Həsənovdan, Zaqatala, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin son illərdə apardığınız məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmiz bir çox uğurlara imza atmışdır. Bunun nəticəsi kimi, cari ildə minimum əməkhaqqı məbləğinin bir neçə dəfə nəzərə çarpacaq dərəcədə artırılması ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdı¬rılmasına xidmət edir.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün verdiyiniz sərəncamlara, atdığınız humanist addımlara görə Sizə yaşadığım Muxax kəndinin sakinləri adından dərin təşəkkür bildirirəm. Siz böyük insan, qayğıkeş lidersiniz. Hər şeyə görə çox sağ olun. Biz daim Sizinləyik və hər zaman yanınızdayıq.

Diqqət və qayğıya görə çox sağ olun. Allah Sizi qorusun.

Hörmətlə,

Həsənov Mahir Şaban oğlu

Azərbaycan Respublikası, Zaqatala rayon Muxax kəndi.