Elbrus Abdullayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu il Belarusun paytaxtı Minskdə keçirilən İkinci Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançıların qazandığı uğurlar bizi qəlbən sevindirir. Respublikanın bütün gəncləri adından bu möhtəşəm qələbələr münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və Sizə dərin minnətdarlığımızı bildiririk. Çünki bu qələbələr Sizin idmana olan böyük qayğınız və dəstəyiniz sayəsində əldə edilmişdir.
Bütün sahələrdə olduğu kimi, idman sahəsində də əldə olunan uğurlar məhz Sizin yeritdiyiniz düzgün, düşünülmüş və uzaqgörən daxili və xarici siyasət nəticəsində reallaşmışdır.
Cənab Prezident, biz gənclər hər zaman Sizinlə qürur duyur, Sizin məqsədyönlü fəaliyyətinizi dəstəkləyir və əminik ki, ölkəmizin idman sahəsində qazandığı uğurlar bundan sonra da davam edəcək, idmançılarımız bizə yeni-yeni qələbə sevincləri yaşadacaqlar.
Hörmətlə,
Elbrus Abdullayev
Azərbaycan Respublikası, Bakı şəhəri.