02 iyul 2019, 11:50

Cəmilət Əmiraslanovadan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz uğurlu siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Bu inkişaf sosial sahədə də öz əksini tapır və bunun məntiqi nəticəsi olaraq sosial müavinətlərin məbləği artır, bizim güzəranımız yaxşılaşır.

Hörmətli cənab Prezident, bizim üçün gördüyünüz hər bir işə görə Sizə təşəkkür edirik. Sizin siyasətinizi bəyənir və dəstəkləyirəm. Siz sosial islahatları davam etdirməklə çoxsaylı insanların sevincinə səbəb olursunuz. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyiniz tədbirlər bizim rifah halımızın gücləndirilməsinə, maddi durumumuzun yaxşılaşmasına öz müsbət təsirini göstərməkdədir.

Allah Sizi qorusun.

Hörmətlə,

Əmiraslanova Cəmilət Yusif qızı.

Azərbaycan Respublikası, Göygöl rayonu, Yeni Qızılca kəndi.