Məhəmmədəli İmamverdiyevdən, Cəbrayıl, Azərbaycan
Möhtərəm cənab Prezident.
Hər zaman müəllimlərə göstərdiyiniz diqqət və qayğı bizi sevindirir, ruhlandırır, işimizdə məsuliyyətimizi artırır.
“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamınız hər bir müəllimin, hər bir ailənin sevincinə səbəb oldu.
Azərbaycan xalqının rifahının yüksəlməsinə, dövlətimizin uğurlu inkişafına yönələn addımlarınız Sizin müdrik siyasətinizi təcəssüm etdirir. Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız. Biz müəllimlərə olan diqqətiniz Azərbaycanın sabahı, gələcəyi olan gənclərin daha da sağlam mühitdə formalaşmasına, inkişaf etməsinə şərait yaradır.
Möhtərəm cənab Prezident, Cəbrayıl rayonu 2 saylı tam orta məktəbin kollektivi adından və şəxsən öz adımdan Sizə minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, Vətənimizə layiq gənc nəslin yetişdirilməsində daha da əzmlə çalışacağıq. Allah Sizi qorusun.
Hörmətlə,
İmamverdiyev Məhəmmədəli Hümbət oğlu, Cəbrayıl rayonu 2 nömrəli tam orta məktəbin direktoru.
Azərbaycan Respublikası, Cəbrayıl rayonu.