29 iyun 2019, 14:10

Rauf Abbasovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının 40 faiz artırılması ilə bağlı verdiyiniz Sərəncam ölkəmizdə böyük rəğbətlə qarşılandı. Bu, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməyinizin bariz nümunəsidir.

Cənab Prezident, Sizin göstərişləriniz və diqqətiniz sayəsində görülən bu işlər birbaşa vətəndaşlara olan qayğının və dəyərin göstəricisidir. Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam və mənim Prezidentim, Ali Baş Komandanım İlham Heydər oğlu Əliyevdir. Xalqımızın hər bir nümayəndəsi kimi, mən də inanıram ki, işğal altında olan torpaqlarımız Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə düşməndən geri alınacaq və müqəddəs üçrəngli Azərbaycan bayrağı Qarabağda dalğalanacaqdır.

Sizə dərindən təşəkkür edirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Abbasov Rauf Müzəffər oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.