28 iyun 2019, 14:00
Ə.Əhmədovdan, Sabirabad, Azərbaycan
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı hörmətli cənab Prezident.
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması barədə 2019-cu il 18 iyun tarixli Sərəncamınızı müəllimlərə göstərdiyiniz müntəzəm dəstək və qayğının növbəti nümunəsi kimi qəbul edirik. Bu qayğı müəllimləri öz peşəsinə daha da həvəsləndirir.
Möhtərəm cənab Prezident, hazırda məcburi köçkün həyatı yaşayan Cəbrayıl rayon 11 saylı tam orta məktəbinin pedaqoji kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı, xalqımızın rifahı naminə gələcək işlərinizdə uğurlar arzulayıram.
Hörmət və ehtiramla,
Əhmədov Ə.
Azərbaycan Respublikası, Sabirabad rayonu.