Gülşən Namazova və başqalarından, Mingəçevir, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin düşünülmüş və uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, bütün sahələrdə aparılan islahatlar qəlbimizi fərəh və qürur hissi ilə doldurur.
Ölkə vətəndaşlarının güzəranının, maddi-rifah halının yaxşılaşdırılması məqsədilə atdığınız addımlar öz bəhrəsini verir. Sizin güclü sosial siyasətinizin başlıca hədəfinin əhalinin rifahının yaxşılaşdırılması olduğunu, bu siyasətin əsasında vətəndaş amilinin, sosial ədalət və humanizm prinsiplərinin dayandığını görürük. Sizin 2019-cu il 18 iyun tarixli Sərəncamınızla dövlət qulluqçularının əməkhaqlarının artırılması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
Cənab Prezident, bu qayğınıza görə Sizə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. Sizin rəhbərliyinizlə Azərbaycanın gündən-günə güclənməsi ilə fəxr edirik.
Hörmətlə,
Namazova Gülşən
Allahverdiyeva Röya
Məmmədova Səadət.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.