28 iyun 2019, 11:45

Fərqanə Əliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin müdrik siyasətiniz nəticəsində dövlətimiz gündən-günə inkişaf edir. Ölkəmizdə əhalinin həyat şəraitinin davamlı olaraq yaxşılaşdırılması məhz Sizin öz xalqınıza, millətinizə verdiyiniz qiymətin göstəricisidir.

Apardığınız islahatlar nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf göz qabağındadır. Sizin 2019-cu il 18 iyun tarixli Sərəncamınızla müəllimlərin əməkhaqqının artırılması Azərbaycan təhsilinə və müəllim əməyinə verdiyiniz yüksək qiymətin bariz nümunəsidir. Bu Sərəncamınız bütün təhsil işçilərini çox sevindirdi, onları daha yaxşı işləməyə ruhlandırdı.

Təhsil işçiləri daim Sizin bizlərə olan diqqət və qayğınızı hiss edir, apardığınız məqsədyönlü siyasəti bəyənir və dəstəkləyirlər. Əminik ki, yürütdüyünüz daxili və xarici siyasət nəticəsində dövlətimiz daim inkişaf edəcəkdir. Allah Sizi qorusun.

Cənab Prezident, təhsil işçilərinə göstərilən qayğıya görə çoxsaylı kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, gənc nəslin təlim-tərbiyəsində daha böyük məsuliyyət və səylə çalışacağıq.

Hörmətlə,

Əliyeva Fərqanə

Aslanova Arzu

Vəliyev Asəf

Rzayev Həsən

Dünyamalıyev Vüsal və başqaları (Cəmi:10 nəfər), 266 nömrəli tam orta məktəbin müəllimləri.