27 iyun 2019, 14:20

Əhməd-Muxtar Sədiyevdən, Şəki,

Hörmətli, Cənab Prezident.

Sizin 2019-cu il 18 iyun tarixli Sərəncamınızla dövlət qulluqçularının əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması Azərbaycanda bütün sahələrə olduğu kimi, dövlət qulluğuna da verdiyiniz dəyərin bariz nümunəsidir.

Azərbaycanda dövlət qulluğu sahəsində milli qanunvericiliyin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sizin yorulmaz fəaliyyətiniz nəticəsində bu qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir. Məhz Sizin diqqətiniz nəticəsində dövlət qulluqçularının həyat şəraitinin yaxşılaşdırılması, peşə və ixtisas biliklərinin artırılması, yeni texnologiyaların tətbiqi sahəsində əməli addımlar atılır.

Bir dövlət qulluqçusu kimi göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Sədiyev Əhməd-Muxtar.

Azərbaycan Respublikası, Şəki şəhəri.