Məhbubə Şahbazova və İlham Ağayevdən, Masallı, Azərbaycan
Hörmətli, Cənab Prezident.
Sizin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamınız biz təhsil işçilərini hədsiz sevindirir, qəlbimizdə ruh yüksəkliyi yaradır.
Bu Sərəncam bizləri gənc nəslin əsl vətəndaş kimi yetişdirmək işimizdə daha da həvəsləndirir, bizə əlavə stimul verir. Sizin bütün fərman və sərəncamlarınız ölkədə apardığınız uğurlu siyasətin nəticəsidir. Biz Sizi əmin edirik ki, göstərdiyiniz diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik.
Müəllim əməyinə göstərilən dövlət qayğısına görə Sizə ürəkdən təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Sizə dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda cansağlığı, fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Var olun, cənab Prezident!
Hörmətlə,
Şahbazova Məhbubə
Ağayev İlham.
Azərbaycan Respublikası, Masallı rayonu, Hişkədərə kəndi.