24 iyun 2019, 18:55

Hüseyn Muradov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Qəsəbəmizi rayon mərkəzi ilə birləşdirən avtomobil yolu Sizin göstərişinizlə əsaslı təmir olunaraq biz sakinlərin istifadəsinə verildi. Hazırda yolumuz keyfiyyətli və müasir standartlara uyğundur. Əvvəllər rayon mərkəzinə təxminən 1 saata çətinliklə getdiyimiz yolu indi 20-25 dəqiqəyə rahat qət edirik.

Yolların təhlükəsizliyi baxımından görülən işlər də sürücülərin və sərnişinlərin ürəyincədir. Təmirlə yanaşı, yolların işıqlandırılması, yol nişanlarının qoyulması, hərəkətə mane olan obyektlərin sökülməsi təhlükəsizliyi tam təmin edib.

Cənab Prezident, bütün sahələrdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Hindarx qəsəbəsinin sakinləri adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzu edirik. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Muradov Hüseyn Hətəm oğlu

Quliyeva Zərəfşan Qəfər qızı

Abbasov Aqil Calal oğlu

Musayev Kamil Bəhlul oğlu

Əliyev Fikrət Əsgər oğlu və başqaları (Cəmi :14 nəfər).

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.