24 iyun 2019, 12:10

Zamin Həziyevdən, Cəbrayıl, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün Cocuq Mərcanlı kəndi Sizin qətiyyətli iradəniz nəticəsində ən gözəl günlərini yaşayır. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə işğal altında qalan torpaqlarımızı da azad edəcəyik.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncamınız N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllimlərini çox sevindirdi.

Müəllim əməyinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Həziyev Zamin

N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi.