22 iyun 2019, 14:20
Gülarə Əkbərovadan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı imzaladığınız Sərəncama görə şəxsən öz adımdan və rəhbərlik etdiyim Tərtər şəhər 2 saylı məktəb-liseyin kollektivi adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Biz təhsil işçiləri Sizin və Mehriban xanımın bu sahəyə olan diqqət və qayğısını həmişə hiss etmişik. Bu qayğı bizi daha da yaxşı işləməyə ruhlandırır.
Sizi əmin edirik ki, bundan sonra da gənc nəslin savadlı, dövlətə, dövlətçiliyə sədaqətli və azərbaycançılıq məfkurəsi ruhunda böyüməsi üçün səylərimizi artıracağıq.
Sizə cansağlığı, uzun ömür, ailənizə xoşbəxtlik arzu edirik. Ulu Tanrı Sizi qorusun.
Dərin hörmətlə,
Əkbərova Gülarə Əkbər qızı.
Azərbaycan Respublikası, Tərtər rayonu.