Kifayət Tanrıverdiyeva və başqalarından, Bakı, Azərbaycan
Çox hörmətli, möhtərəm Prezident.
Son illərdə Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmiz bir çox uğurlara imza atmışdır. Bunun nəticəsi kimi cari ildə minimum əməkhaqqı məbləğinin bir neçə dəfə nəzərəçarpacaq dərəcədə artırılması ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Möhtərəm Prezident.
Bir çox dövlət strukturlarında aylıq vəzifə maaşlarının artırılması ilə bağlı atdığınız addımlar təhsil sahəsindən də yan keçməmişdir. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncamınızla müəllimlərin maaşı 20 faiz artırılmışdır. Bu Sərəncam Sizin Azərbaycanın təhsilinə, müəllimlərə göstərdiyiniz böyük diqqət və qayğının təzahürüdür.
Təhsil sahəsinə daim diqqət və qayğı ilə yanaşdığınız üçün dərin minnətdarlığımızı bildirir və bu şərəfli yolda Sizə bol uğurlar arzulayırıq. Əmin olun ki, hər bir Azərbaycan müəllimi ölkəmizin inkişaf etdirilməsi, çiçəklənməsi və qüdrətli dövlətə çevrilməsi yolunda atdığınız addımlarda, gördüyünüz işlərdə daim Sizin yanınızda olacaqdır.
Dərin hörmətlə,
Tanrıverdiyeva Kifayət,
Həmzəyeva Qəmər,
Mahmudova Jalə,
Şabanova Rəna,
Quliyeva Afaq və başqalarından (8 nəfər)
151 nömrəli tam orta məktəbin direktoru və müəllimləri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.