21 oktyabr 2011, 16:10

Şirvan şəhər sakinlərindən, Şirvan, Azərbaycan

Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə Şirvan şəhəri sakinləri adından ürəkdən təbrik edirik.

Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra Azərbaycanın modernləşdirilməsinə, müasirləşdirilməsinə başlanıldı, respublikamızın sənayecə inkişaf etmiş ölkələr səviyyəsinə çatması üçün strategiya müəyyənləşdirildi.

Ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasına, qaçqın və köçkünlərin olmasına baxmayaraq, ölkədə tikinti-quruculuq işləri genişləndirildi. Böyük bir inkişaf dövrü başlandı. Bu, dünya tarixində nadir rast gəlinən bir proses idi. Hazırda bu ənənəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək səviyyədə davam etdirməkdədir. Regionlarda iqtisadi inkişaf, yenidənqurma və bərpa işləri həyata keçirilməkdə davam edir.

Ölkəmizdə görülən bütün bu işlər Şirvan şəhərində də öz əksini tapmışdır. Belə ki, şəhərimizdə aparılan quruculuq işləri Şəhər sakinlərini sevindirir. Son illər şəhərin abadlığı ilə yanaşı, yolların asfaltlaşdırılması, binaların müasirləşdirilməsi, bərpası, istirahət parklarının, idman meydançalarının salınması, yol kənarına dekorativ məhəccərlərin çəkilməsi, səhiyyə və təhsil ocaqlarının yenidən bərpası, xeyir-şər evlərinin tikilməsi biz şirvanlıları çox sevindirir.

Mən leytenant İbrahimov küçəsinin sakini kimi bizim məhəlləmizdə görülən işləri qeyd etmək istəyirəm. Məhəlləmizdə binaların bərbad vəziyyətdə olan dam örtükləri yeniləri ilə əvəz olunmuş, binaların fasadı müasir tipli örtüklə bəzədilmişdir. Hər binaya yeni qaz xətti çəkilmişdir. Binamızın qarşısında müasir tipli 100-120 nəfərlik xeyr-şər evi tikilmişdir. Yaşıllaşdırma işləri aparılmış, oturacaqlar qurlaşdırılmış, meydança tikilib istifadəyə verilmişdir.

Biz şəhərimizdə görülən bütün işlərə görə Prezidentimizə sakinlər adından dərin minnətdarlığımızı bildiririk, Ulu tanrıdan cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Şirvan şəhəri M.Ə.Rəsulzadə, Leytenant İbrahimov, 20 yanvar küçələri sakinləri adından
Ağakişiyev B.Z., Elyasov C.M, Şıxəliyev M.O., Əhmədov A.S. və başqaları. Cəmi: 31 imza.

Azərbaycan Respublikası, Şirvan şəhəri.