20 iyun 2019, 15:35

Gülnisə Ağasiyevadan, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamınız biz müəllimlərin qəlbində ruh yüksəkliyi yaratdı.

Müəllim əməyinə göstərilən dövlət qayğısına görə Sizə ürəkdən təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Ağasiyeva Gülnisə, Akademik Z.Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyin müəllimi.

Azərbaycan Respublikası, Xaçmaz şəhəri.