20 iyun 2019, 12:25
Seyran Ağayev və başqalarından, Lerik, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz məktəbəqədər və orta təhsil müəssisələrinin təmirinə və tikintisinə böyük diqqət ayırırsınız. Hər yeni məktəb şagirdlərlə, müəllimlərlə yanaşı, minlərlə insanı sevindirir, onları daha yaxşı gələcəyə ümidləndirir.
Bizim Siyov kəndində də yeni məktəb binasının tikintisinə başlanılması bütün kənd sakinlərinin sevincinə səbəb olub. Əminik ki, yaradılan şərait şagirdlərin təhsilə marağını daha da artıracaq.
Bütün sahələrə, xüsusən təhsilə göstərdiyiniz qayğıya görə Siyov kənd sakinləri adından bir daha Sizə və Mehriban xanıma təşəkkür edir, şərəfli işinizdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Ağayev Seyran
Bayramov Elnur
Rəsulov Mirdadaş.
Azərbaycan Respublikası, Lerik rayonu, Siyov kəndi.