19 iyun 2019, 13:30

Əliyev Anar və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün Sizin kəndlərimizə göstərdiyiniz diqqət və qayğı sayəsində insanların maddi rifahı gündən-günə yaxşılaşır, kəndlərimiz abadlaşır və insanların kənd təsərrüfatına marağı güclənir. Biz Xoruzlu kəndində yaşayırıq. Daimi işığımız, qazımız, suyumuz, təmirli yollarımız var. Kəndimizdə demək olar ki, işsiz adam yoxdur. Kimi əkin-biçinlə məşğul olur, kimi kəndimizdə fəaliyyət göstərən və günəbaxan tumları istehsal edən "Patron" sahibkarliq müəssisəsində işləyir.

Mənfur qonşularımız Sərsəng su anbarının qarşısını kəsəndən suvarmada çətinliyimiz yaranmışdı. Sizin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair tədbirlər haqqında” 2019-cu il 12 fevral tarixli Sərəncamınıza əsasən artıq kəndimizdə 2 subartezian quyusu qazılmağa başlayıb. Bu da suvarmada olan çətinliklərimizi aradan qaldıracaq.

Cənab Prezident.

Biz kənd adamlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Sizin qayğınıza biz də öz işimizlə cavab verməyə çalışacaq, məhsul yığımında hədəfləri keçərək birincilik qazanacağıq.

Allah Sizi həmişə sevindirsin, yollarınız daim açıq və uğurlu olsun.

Dərin hörmətlə,

Əliyev Anar,

Hümbətov Elşən,

Əmrahov Əliyəddin,

Əsədov Eldar,

Mehdiyeva Gülarə.

Azərbaycan Respublikası, Tərtər rayonu, Xoruzlu kəndi.