12 iyun 2019, 12:50
Tahir Tahirovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Ulu Öndərimizin siyasətini uğurla davam etdirdiyiniz üçün Sizə bütün incəsənət xadimləri adından təşəkkürümü bildirirəm.
İncəsənətə göstərilən daimi qayğı nəzərimizdən yayınmır. Artıq qürurla demək olar ki, ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilib.
Fürsətdən istifadə edib Sizi və ailənizi Ramazan bayramı münasibətilə də təbrik edir, cansağlığı arzulayıram.
Bayram ərəfəsində, eyni zamanda, 71 yaşımın tamamında mənə və ailəmə sevinc bəxş etdiniz, mənə Prezident təqaüdü ayırdınız. Buna görə Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Tahirov Tahir
Xalq rəssamı
Azərbaycan Respublikası, Bakı şəhəri.