10 iyun 2019, 16:30

Əli Dünyamalıyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızın əksər yaşayış məntəqələrində olduğu kimi, bizim qəsəbəmizdə də abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Son günlərdə qəsəbəmizin küçələrinə asfalt örtüyü çəkilib, səliqə-sahman yaradılıb. Hər kəs görülən işlərdən ağız dolusu danışır.

Möhtərəm cənab Prezident, bütün bunlara görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq. Qəsəbəmizin sakinləri apardığınız siyasətinizi dəstəkləyir və həmişə Sizinlədir. Biz əminik ki, bu işlər davamlı olacaqdır.

Hörmətlə,

Dünyamalıyev Əli Xanlar oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi.