10 iyun 2019, 15:10

Elman Hacıyevdən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illər Sizin tapşırıq və göstərişlərinizlə Salyan rayonunda görülən işlər həyatımızın müsbət istiqamətdə dəyişməsinə səbəb olmuşdur. İllər öncə xəyal hesab etdiyimiz işlər görülür ki, bu da bizdə yaşayıb-yaratmaq həvəsini daha da yüksəldir. Kür çayı üzərində körpünün salınması, evlərimizə ekoloji cəhətdən saf suyun çəkilməsi, qəzalı vəziyyətdə olan uşaq bağçasının əvəzində yenisinin tikilməsi, müasir standartlara uyğun yol çəkilməsi bizə böyük qürur hissi verir.

Əziz Prezidentimiz, Salyan ağsaqqalları adından Sizə minnətdarlığımızı bildirir, işlərinizdə yeni-yeni uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Hacıyev Elman Müseyib oğlu

Azərbaycan Respublikası, Salyan rayonu.