Qulu Kazımovdan, Bərdə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mənim oğlum 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Mən onunla həmişə fəxr edirəm.
Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Hakimiyyətə qayıtdıqdan sonra atəşkəsə nail oldu, dövlət quruculuğu işlərinə başladı. İndi Siz müdrik siyasətçi kimi dövlətimizə rəhbərlik edirsiniz. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Çox sağ olun ki, şəhid ailələrini hər zaman diqqətdə saxlayır, onlara yüksək hörmət göstərirsiniz. Məhz buna görə təşəkkür etmək, hörmət və ehtiramımı bildirmək üçün bu məktubu yazdım.
İnanırıq ki, Sizin siyasətiniz nəticəsində Azərbaycanın gələcəyi daha parlaq olacaqdır. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Kazımov Qulu
Şəhid atası
Azərbaycan Respublikası, Bərdə rayonu, Böyük Göyüşlü kəndi.