08 iyun 2019, 15:00
Surxay Zeynalovdan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin Sərəncamınızla bu il Tərtər rayonunun ərazisində qazılması nəzərdə tutulan 13 subartezian quyusundan biri də bizim Düyərli kəndinin payına düşüb. Artıq subartezian quyusunun qazılmasına başlanılıb. Bu, kəndimizin sakinlərinin böyük sevincinə səbəb olub. Heç şübhəsiz ki, yeni subartezian quyusu suvarma ilə bağlı çətinliyimizin aradan qalxmasına kömək olacaq və biz bol məhsul əldə edəcəyik.
Düyərli kəndinin sakinləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı diləyirik. Tanrı Sizi qorusun!
Cəbhə bölgəsində yaşayan tərtərlilər həmişə Sizinlədir, cənab Prezident!
Hörmətlə,
Zeynalov Surxay Heydər oğlu.
Azərbaycan Respublikası, Tərtər rayonu, Düyərli kəndi.