08 iyun 2019, 14:30

Nabat Gülmalıyevadan, Yevlax, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mən məcburi köçkünəm. Oğlum torpaqlarımızın qorunması uğrunda gedən döyüşlərdə şəhid olub və Yexlax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Danılmaz faktdır ki, bu illər ərzində biz həm dövlətimizdən, həm Prezidentimizdən, həm də yerli camaatdan qayğı və nəvaziş görmüşük. Sizin köməyiniz və qayğınız sayəsində bizim ailə Yevlax şəhərində, Kür çayının sahilində bütün müasir tələblərə cavab verən mənzildə yaşayır.

Çox hörmətli cənab Ali Baş Komandan, biz məcburi köçkünlər ordusu Sizə güvənirik. Bütün məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi veteranları Sizin daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyirlər. Biz inanırıq ki, işğal altında olan bütün torpaqlarımız azad olunacaqdır. Şəxsən mənim 5 nəvəm əmrinizlə hər zaman döyüşə hazırdırlar.

Sizə həyatda ən gözəl nemət olan cansağlığı arzulayıram.

Hörmətlə,

Gülmalıyeva Nabat Cümşüd qızı, şəhid anası, Ağdam rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Yevlax şəhəri.