08 iyun 2019, 12:30

Nüsrət Quliyevdən, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu məktub vasitəsilə Sizə Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin kollektivinin və rayon sakinlərinin hədsiz təşəkkürünü və razılıqlarını çatdırıram.

Siz hər zaman respublikamızda təhsilə xüsusi diqqət göstərmisiniz. Kəndimizin orta məktəbi üçün yeni binanın tikintisinə başlanılması bu diqqətin növbəti bariz nümunəsidir. Biz hər zaman Sizinləyik və Sizi dəstəkləyirik.

Böyük Allah Sizi qorusun.

Hörmətlə,

Quliyev Nüsrət.

Azərbaycan Respublikası, Tovuz rayonu, Bozalqanlı kəndi.