07 iyun 2019, 17:25
Azad Həbibovdan, İsmayıllı, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Bu ilin əvvəlində sosial məsələlərlə bağlı imzaladığınız fərman və sərəncamlar xalqın güzəranının yaxşılaşmasına öz müsbət təsirini göstərməkdədir.
Mənim atam vaxtilə hərbi qulluqçu olmuş və ötən ilin aprel ayında vəfat etmişdir. Anamın ailə başçısını itirməyə görə sosial müavinətinin və pensiyasının ümumi məbləği əvvəllər 260 manat idi. Sizin məlum sərəncamınızdan sonra yenidən hesablama aparılmış və bu məbləğ 592 manata çatmışdır. Bu artım bizim kimi on minlərlə ailənin büdcəsinə müsbət təsirini göstərir.
Cənab Prezident, Allah hər zaman köməyiniz olsun.
Hörmətlə,
Həbibov Azad Ağaməmməd oğlu.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.