07 iyun 2019, 11:40
Əzizə Pənahovadan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər bizim ailənin də maddi vəziyyətinə müsbət təsirini göstərməkdədir.
Mən vəfat etmiş keçmiş hərbçinin həyat yoldaşı olaraq 215 manat pensiya alırdım. Bu ilin mart ayından həmin pensiyanın məbləği 524 manat olub. Bu artım bizim ailədə böyük sevinclə qarşılanıb. Ailə başçısını itirmək bizim üçün çətinlik yaratsa da, dövlətimizin qayğısı bizə böyük dəstək olur.
Möhtərəm cənab Prezident, sosial məsələlərə böyük diqqət ayırdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Allahın nəzərləri üzərinizdən əksik olmasın.
Hörmətlə,
Pənahova Əzizə İsmayıl qızı.
Azərbaycan Respublikası, Saatlı rayonu, Mollavazlı kəndi.