07 iyun 2019, 10:55
Seymur Xudaquliyevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Sizi Gəncə şəhərinin Cavadxan qəsəbəsində məskunlaşan kəlbəcərlilər adından və şəxsən ailəmizin adından təbrik edir, dövlətimizin daha da inkişafı naminə məsuliyyətli işlərinizdə uğurlar arzulayırıq.
Gəncə şəhərinə olan diqqətiniz, şəhərimizin gündən-günə daha da gözəlləşməsi üçün apardığınız işlər bizi çox sevindirir. Yol infrastrukturu yenilənir, küçələrdə işıqlanma sistemləri quraşdırılır, şəhərimizin siması daha da yaxşılaşır.
Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Xudaquliyev Seymur Əvəz oğlu, Kəlbəcər rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi.